İran lideri Ayetullah Əli Xameneinin öldürülməsindən sonra sosial mediada yayımladığı rəqs videosu ilə adından söz etdirən gənc qız, ilk dəfə açıqlama verib.
Referans Media xəbər verir ki, sosial media hesabında paylaşım edən gənc qız bildirib ki: “Bir neçə il əvvəl İranı tərk etdim. Hazırda ABŞ-da mühəndislik sahəsində doktoranturam. Buradakı azadlıq üçün minnətdaram. Bu, bir çox İranlının uğruna mübarizə apardığı bir xəyal idi. Dəstəyiniz üçün təşəkkürlər, Amerika. Təşəkkürlər, Prezident Tramp.”
Gənc qızın video paylaşımı milyonlarla izləyici toplayıb. Videoda onun Trampın mahnısına etdiyi rəqs diqqət çəkib və milyonlarla izləyici tərəfindən bəyənilib.
Ayetullah Əli Xamenei, ABŞ və İsrailin hücumlarında həyatını itirib. Onun ölümü bəzi kəsimlərdə dərin kədər, bəzilərində isə böyük sevinç ilə qarşılanıb. Sevinənlərdən biri də dans videosu ilə tanınan İranlı gənc qız olub.
Gənc qızın açıqlaması həm öz şəxsi hekayəsini, həm də ABŞ-dakı azadlıq imkanlarını vurğulaması ilə sosial mediada böyük rezonans doğurub.























