Göyçayda üç uşaq atası faciəvi şəkildə HƏYATINI İTİRDİ

  Göyçayda avtomobil su kanalına aşıb.

Referans.az  xəbər verir ki, hadisə rayonun Dövranlı kəndi ərazisində qeydə alınıb. 

Belə ki, minik maşını kənd ərazisindən keçərkən yoldan çıxaraq Şirvan kanalına aşıb. Kənd sakinləri kanaldan sürücü Talıbov Habil Məhəmmədəli oğlunun cansız bədənini çıxarıblar.

Xatırladaq ki, suda batan Dövranlı kənd sakini ailəli olub, üç övladı var.

Hadisənin hansı şəraitdə baş verdiyi və ölümün dəqiq səbəbləri araşdırılır./bizizm.media  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki