Göygöldə ağır qəza oldu, iki qardaş xəsarət aldı

Göygöldə yol qəzası baş verib.

Referans Media xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Göygöl rayonunun Quşqara kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "VAZ" və "Chevrolet" markalı avtomobillərin toqquşuması nəticəsində 1993-cü il təvəllüdlü Orxan Həsənli,onun qardaşı 1995-ci il təvəllüdlü Tərxan Həsənli, eləcə də 1994-cü il təvəllüdlü Elyar Əmirzadə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam edir.

Faktla bağlı araşdırna başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki