Göygöldə maşın aşdı: Bir nəfər həlak oldu

Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Referans MEDİA xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Niva” markalı minik avtomobili yolun kənarına aşıb.

Hadisə nəticəsində bir nəfər həlak olub.

Faktla bağlı araşdırma aparılır./Oxu.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki