Güclü yağış yolun çökməsinə səbəb oldu

Göygöl rayonuna yağan güclü yağış yollarda çətinlik yaradıb.

Referans Media xəbər verir ki, Rayonun Aşıqlı kəndi ərazisində torpağın bir hissəsi yola tərəf uçub, iri ağac əraziyə aşıb.

Nəticədə, Gəncə-Göygöl-Kəlbəcər yolunda qismən problemlər yaranıb.

Hazırda bu istiqamətdə tədbirlər görülür./Report


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki