Xəbər verdiyimiz kimi, həyat yoldaşı Habil Eyvazovun sərxoş halda “TikTok”da canlı yayım açaraq qeyri-etik ifadələr səsləndirməsinə görə ölkə gündəminə düşən Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova vəzifəsindən azad olunub.
Referans Media qaynarinfo-ya istinadən xəbər verir ki, bir müddət əvvəl onların qızı Jalə Eyvazovaya Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində yüksək vəzifə verilmişdi. Bununla bağlı Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəhbəri Leysan Məmmədov müvafiq əmr imzalamışdı.
