Gürcüstan Azərbaycan-Ermənistan münasibətlərini TƏHDİD OLARAQ GÖRÜR? – SƏBƏB backend

Gürcüstan Azərbaycan-Ermənistan münasibətlərini TƏHDİD OLARAQ GÖRÜR? – SƏBƏB 

Gürcüstanın
eks-prezidenti Saakaşvili Zəngəzur yolu ilə bağlı gözlənilməz açıqlama verib.

Açıqlamada
deyilir:

“Qorxduğumuz
başımıza gəlir. Gürcüstan üçün ən pis geosiyasi fəlakət reallaşmaq üzrədir”.

Bu
açıqlamanın mahiyyəti nədir? Gürcüstanın bu cür yanaşması Azərbaycan və
Gürcüstan arasında münasibətləri poza bilərmi?

 

Orta Doğu
Araşdırmalar Mərkəzinin
rəhbəri, siyasi şərhçi 
Sədrəddin
Soltan Referans
-a açıqlamasında bu sualları cavablandırıb.

 

 

“Azərbaycanla
Ermənistan arasında münasibətlərin normallaşması, habelə perspektivdə Zəngəzur yolunun
açılması həm də Cənubi Qafqazda vəziyyətin bir qədər dəyişməsinə səbəb ola bilər.
Bu isə daha çox Gürcüstana aiddir. Gürcüstanın bir qədər Qərbdən uzaqlaşaraq Rusiyaya
meyillənməsi proseslərin dəyişməsinə təsir göstərə bilər. Bu daha çox Gürcüstanla
bağlı reallaşan və qərbin aparıcı olduğu layihələrə şamil oluna bilər. Bu
baxımdan Saakaşvili ölkədəki mövcud hakimiyyəti tənqid edir. Yəni bildirmək istəyir
ki, bu, hakimiyyətin özüdür. İvanaşvilinin himayədarlığı ilə mövcud olan
hakimiyyətin yürütdüyü Rusiya yönümlü siyasət regionda Gürcüstanın bir sıra
iqtisadi, nəqliyyat sahələrində uğursuzluğuna səbəb ola bilər. Amma Gürcüstanın
baş nazirinin ötən gün Türkiyəyə səfəri, Rəcəb Tayib Ərdoğanla görüşü müəyyən
mesajlar verir”.

 

Siyasi
şərhçi qeyd edib ki, Tiflis bununla ənənəvi əməkdaşlığı davam etdirmək niyyətində
olduğunu bildirir. Türkiyə, Gürcüstan və Azərbaycan əlaqələrinin perspektivinə
inanır.

“Gürcüstanın
Baş Nazirinin Vaşinqtondakı Azərbaycan-Ermənistan razılaşmasını alqışlaması,
sülh müqaviləsinin paraflanması məsələsini alqışlaması da Gürcüstanın Regionda
sülh və əməkdaşlığı göstərir. Mənə elə gəlir ki, Saakaşvili Azərbaycan-Ermənistan
yaxınlaşmasından hakimiyyətə qarşı təhdid vasitəsi kimi istifadə etməyə
çalışır. O demək istəyir ki, Azərbaycan-Ermənistanın münasibətlərinin yaxşılaşması
Gürcüstanı Cənubi Qafqazdakı iqtisadi-nəqliyyat layihələrindən kənarda qoya bilər.
Ancaq mənə elə gəlir ki, Gürcüstandan keçən layihələr də əvvəlki gücü ilə fəaliyyət
göstərəcək və bu Cənubi Qafqazdan keçən xəttlərin şaxələnməsidir. Ona görə
Saakaşvilinin bu qədər narahat olaraq bunu fəlakət adlandırması yersiz görünür”.

 

Fidan
Vəlisoy


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki