Hacıqabulda qəza: 3 nəfər xəsarət aldı

Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.

Referans MEDİA “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Meyniman kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı kənd sakinləri – 2001-ci il təvəllüdlü Məmmədova Şəfa Ötər qızı, 1983-cü il təvəllüdlü Məmmədov Vəfa Bayram oğlu və daha bir nəfər xəsarət alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki