Böyük Britaniyanın paytaxtı Londonun mərkəzində yerləşən Kovent Qarden ərazisində baş verən bıçaqlı hücum nəticəsində 4 nəfər yaralanıb.
Referans Media xəbər verir ki, hadisə ilə əlaqədar 47 yaşlı qadın saxlanılıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları və London hava təcili yardımı cəlb olunub. Hava təcili yardım helikopteri müdaxilə üçün Trafalqar meydanına eniş edib.
34, 39, 42 və 52 yaşlı dörd kişidə bıçaq xəsarətləri aşkarlanıb. Yaralılar tibb müəssisəsinə çatdırılıblar.
İlkin məlumata əsasən, hadisəni törədənin psixi sağlamlıq problemi olub./Publika.az
