Gürcüstanda kütləvi elektrik enerjisi kəsintisi baş verdi

Gürcüstanda yenidən elektrik enerjisi ilə təchizatda problem yaranıb.

Referans Media APA-ya istinadla xəbər verir ki, Tbilisi və bölgələrin əksər hissəsi saat 20:10-dan etibarən işıqsız qalıb.

Ölkədə analoji problem iyulun 24 və 25-də də yaşanıb.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti elektrik enerjisi kəsintiləri ilə bağlı sabotaj maddəsi üzrə araşdırma aparır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki