image-hasil-abackend

Hasil Abbasov ona yüksək vəzifə verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzinə yeni direktor müavini təyin edilib.

Referans Media  bildirir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qurban Nəzirov Mərkəzin direktor müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Q.Nəzirov bundan əvvəl Agentliyin Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının müdir müavini vəzifəsində çalışıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki