Sabah meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti müşahidə olunacaq.
Bu barədə Referans-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, iyulun 17-də Abşeron yarımadasında isti diskomfort hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
