Hava Limanında ölən şəxs kimdir?

Heydər Əliyev Beynəlxalq Hava Limanında ölüm hadisəsi baş verib.

Referans.az xəbər verir ki, hadisə dünən saat 14 radələrində qeydə alınıb.

Rusiya Federasiyası vətəndaşı olan 1959-cu il təvəllüdlü Sudabar Niftulla qızı Kazhibekovanın səhhəti qəfil pisləşib və o vəfat edib.

66 yaşlı qadının infarktdan ölməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki