image-erdogan-iran-nsefiri-900x506-1backend

Hava məkanımızı pozan hər cür təhdidə qarşı lazımi tədbirlər görülür – Ərdoğan

Türkiyənin hava məkanını pozan istənilən təhdidə qarşı zəruri tədbirlər görülür. 

Referans Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

O, çıxışında Türkiyə istiqamətində atılan üçüncü ballistik raketin təxribat xarakterli olduğunu vurğulayıb və hadisələrin çox diqqətlə izlənildiyini qeyd edib.

“Hadisələrin yalnız görünən tərəfinə deyil, əsasən pərdə arxasında baş verənlərə də diqqət yetiririk. Heç bir ehtimalı və heç bir ssenarini istisna etmir, bütün prosesləri ən xırda detallara qədər təhlil edib araşdırırıq. Bu çərçivədə, dünən gecə olduğu kimi, hava məkanımızı pozan hər cür təhdidin qarşısının alınması üçün lazımi tədbirləri görürük. Ölkəmizi bu od çuxurundan uzaq saxlamaq bizim birinci prioritetimizdir”, – deyə Türkiyə prezidenti bildirib.

Ərdoğan Türkiyə vətəndaşlarına müraciət edərək, İrana qarşı hücumlar fonunda qızışdırılmağa çalışılan məzhəb və etnik xarakterli təxribatlara qarşı diqqətli olmağa çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki