Həkimlərin maaşları niyə verilmir? – TƏBİB aydınlıq gətirdibackend

Həkimlərin maaşları niyə verilmir? – TƏBİB aydınlıq gətirdi

  Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində əməkhaqqı ödənişləri mövcud qanunvericiliyə və əmək müqavilələrinin şərtlərinə uyğun olaraq növbəti ayın 10-dək həyata keçirilir.

Referans xəbər ki, bunu TƏBİB Teleqraf-ın rayonlarda həkimlərin məvaciblərinin verilməməsi ilə bağlı sorğusuna aydınlıq gətirən zaman bildirib.

“Hazırda yeni sistemə keçidlə bağlı zəruri sənədləşmə prosesi tamamlanıb və əməkhaqlarının ödənişi təmin olunub”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Qəbələ və Ağcabədi rayonlarında fəaliyyət göstərən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzlərinin işçi heyəti Teleqraf-a müraciət edərək, ötən ayın məvaciblərini ala bilmədiklərini bildirmişdilər.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki