image-usaq-itdibackend

Həmin uşaq valideynlərinə təhvil verildi

Abşeronda küçədə tapılan nitq qüsurlu uşaq valideynlərinə təhvil verilib.

Bu barədə Referans Media-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Yol Patrul Xidməti əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan dairəsi ərazisində nitq qüsurlu azyaşlı uşaq aşkar edilib.

DİN-dən Referans Media-ya  verilən məlumata görə, uşağın kimliyini və yaxınlarının yerini bilən şəxslərdən polis orqanlarına məlumat vermələri xahiş olunur.

Uşaq hazırda Abşeron Rayon Polis İdarəsindədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki