image-kan-seker-alet-tlwdbackend

Hər gün yeməli olduğunuz 6 möcüzəvi qida – Şəkərinizi nəzarətdə saxlayın!

Şəkər xəstəliyi riski həm genetik, həm də uzun müddət yüksək şəkərli qidaların istehlakı ilə bağlı ortaya çıxa bilər.

Referans Media xəbər verir ki, ekspertlər qan şəkərini tarazlamaq və şəkər xəstəliyindən qorunmaq üçün bəzi təbii qidaların pəhrizə daxil edilməsini tövsiyə edirlər.

Qan şəkəri tarazlığını qorumaq üçün təbii qidalar:

1. Yulaf – Qan şəkərinin qoruyucusu
Beta-qlükan adlı həll olunan lif sayəsində şəkərin qana qarışma sürətini azaldır, ani sıçrayışların qarşısını alır və uzun müddət tox saxlayır. Səhər qəbul edildikdə gün boyu enerji balansı təmin edir.

2. Darçın – Təbii insulin dəstəyi
Hüceyrələrin insulinə reaksiyasını gücləndirir və qan şəkərinin nəzarətli yüksəlməsinə kömək edir. Qatıq, yulaf və ya bitki çaylarına əlavə edilə bilər.

3. Qatıq – Probiyotik və protein kombinasiyası
Protein karbonhidratların sorulmasını yavaşladır, probiyotiklər isə bağırsaq sağlamlığını gücləndirərək insulin həssaslığını artırır. Şəkərsiz qatıq seçmək vacibdir.

4. Yaşıl mərci – Uzun müddət tox saxlayır
Aşağı qlisemik indeksi sayəsində şəkərin qanı yavaş və balanslı yüksəlməsini təmin edir. Lif və bitki zülalı ilə zəngin olduğu üçün uzun müddət toxluq hissi verir.

5. Qoz – Şirin istəyini azaldır
Sağlam yağlar və lif tərkibi ilə karbohidratların sorulmasını yavaşladır, qan şəkəri dalğalanmalarını azaldır. Ara yeməklərdə kiçik porsiyon belə toxluq verir.

6. Alma – Təbii tarazlıq
Qabığındakı lif və pektin sayəsində şəkərin qana qarışma sürətini tarazlayır. Təbii şəkər tərkibli olsa da, ani yüksəlişlərə səbəb olmur. Çiy halda yeyilməsi qan şəkərinin nəzarətdə saxlanmasına kömək edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki