Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində – FOTOLAR

Müdafiə nazirinin 2026-cı il üçün təsdiq etdiyi fəaliyyət planına əsasən, xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərinin Dövlət Sərhəd Xidmətinə (DSX) tanışlıq səfəri təşkil olunub.

Bu barədə Referans Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin təşkilatçılığı ilə keçirilən səfərdə 18 ölkənin hərbi attaşelik aparatlarının 26 nümayəndəsi iştirak edib.

Tədbir çərçivəsində qonaqlara DSX-nin fəaliyyəti barədə ümumi məlumat verildikdən sonra “Siyasi repressiya qurbanları” muzeyi ziyarət edilib.

2e96b3ac7738a3505303baf6898b13ccc6484d1d1f412eeb9ff354ea3b8f8423


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki