backend

Hikmət Hacıyev və Armen Qriqoryan görüşəcəklər

Dekabrın 5-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Dohaya işgüzar səfər edəcək.

Referans Media  xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.

Məlumata görə, o, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə birlikdə Doha Forumu çərçivəsində “Ermənistan və Azərbaycan arasında davamlı sülh: Vaşinqton Sazişi və ortaq gələcək” adlı panel müzakirəsində iştirak edəcək. Burada tərəflər arasında görüş olacaq./globalinfo


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki