Hindistanda dağıdıcı fırtına - 104 nəfər öldü

Hindistanı güclü fırtına cənginə alıb.

Referans Media xəbər verir ki, təbii fəlakətin miqyası barədə "Economic Times qəzeti məlumat yayıb.

Şiddətli siklon göy gurultusu və güclü küləklə müşayiət olunur. Dağıdıcı fırtınanın episentrində Uttar-Pradeş ştatı yer alıb; ştatın müxtəlif rayonlarında fırtına artıq 36-48 saatdır ki, davam edir. Küləyin gücündən divarlar uçur, ağaclar aşır, həmçinin ildırım vurması halları da qeydə alınıb.

Təbii fəlakət artıq yüzdən çox yerli sakinin həyatına son qoyub, hazırda ölənlərin sayı 104 nəfər təşkil edir.

Zərərçəkənlərə kompensasiyaların ödənilməsinə başlanılıb, vahid komandanlıq mərkəzi isə gecə-gündüz rejimində fəaliyyət göstərir./publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki