Hindistanın Uttar Pradeş ştatında güclü yağış və fırtına faciəyə səbəb olub. Təbii hadisə nəticəsində həyatını itirənlərin sayı 89 nəfərə çatıb, 53 nəfər isə yaralanıb.
Məlumata görə, ən çox ölüm halı Prayagraj şəhərində qeydə alınıb. Burada 21 nəfər ölüb. Bhadohi şəhərində 14, Fatehpurda isə 11 nəfərin həyatını itirdiyi bildirilib.
Səlahiyyətlilər güclü külək və yağış səbəbindən elektrik dirəklərinin və ağacların aşdığını, çoxsaylı ev və avtomobilə ziyan dəydiyini açıqlayıb.