Honkonqda yaşayış kompleksində güclü yanğın baş verib.
Referans Media xəbər verir ki, yanğın nəticəsində üç yaşayış kompleksində çoxmərtəbəli binalar alov içində qalıb.
Hadisə zamanı azı 4 nəfərin həlak olduğu bildirilir.
Alov bambuk konstruksiyalı dirəklərdən digər binalara sürətlə keçib.
Yanğın baş verən yaşayış komplekslərindən birində təxminən 4 min nəfər yaşayır.
Polis yanğının yayılma riskinə görə yaxınlıqdakı digər yaşayış sahələrini evakuasiya edir.
