Hörmüz boğazında qalan türk gəmilərinin vəziyyəti açıqlandı

Hörmüz boğazında qalan türk gəmilərinin vəziyyəti açıqlanıb.

Referans Media APA-ya istinadla xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Hörmüz Boğazında 13 türk gəmisinin olduğunu bildirib.

Onun sözlərinə görə, bu gəmilərdən 2-si sabit enerji istehsal edən gəmilərdir.

“15 gəmidən 2-si çıxıb, 13-ü isə hələ də oradadır. 4 gəminin çıxış tələbi yoxdur. Onlardan 2-si isə sabit enerji istehsal edən gəmilərdir”, – deyə nazir qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki