Hörmüzə yaxınlaşanlar düşmən ELAN EDİLƏCƏK

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının növbəti bildirişə qədər gəmilərin hərəkəti üçün bağlandığını və boğaza yaxınlaşmağın "düşmənlə əməkdaşlıq" kimi qiymətləndiriləcəyini bəyan edib.

Referans Media  xəbər verir ki, İran Tələbələri İnformasiya Agentliyinin (ISNA) yaydığı məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun açıqlamasında Hörmüz boğazının atəşkəsin pozulması səbəbindən yenidən bağlandığı bildirilib.

Bəyanatda "Amerika düşməninin atəşkəs şərtlərini təkrar-təkrar pozmasından sonra Hörmüz boğazı növbəti bildirişə qədər bağlanacaq" ifadələrinə yer verilib.

Heç bir gəminin Fars körfəzi və Oman dənizindəki lövbər sahələrindən ayrılmaması barədə xəbərdarlıq edilən açıqlamada "Hörmüz boğazına yaxınlaşmaq düşmənlə əməkdaşlıq kimi qəbul ediləcək",- deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki