Bakıda doqquzmərtəbəli binada yanğın oldu – VİDEO

  Suraxanı rayonunda yaşayış binasının damında yanğın baş verib.

Referans.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsinin İlqar Əhlimanov küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə 10-cu binanın damında yanğın başlayıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki