İdxal maşınlarla bağlı qayda dəyişdi

Rusiyada idxal edilən avtomobillərlə bağlı qaydalarda dəyişiklik edilib.

Referans Media xəbər verir ki, Rusiya Sənaye və Ticarət Nazirliyi fiziki şəxslər tərəfindən ölkəyə gətirilən avtomobillərdə ERA-GLONASS sistemi ilə SOS düyməsinin quraşdırılmasının məcburi tətbiqini təxirə salıb.

Məlumata görə, bu tələbin aprelin 1-dən qüvvəyə minməsi planlaşdırılırdı. Lakin nazirlik qərarın tətbiqini daha gec tarixə keçirib.

Qeyd olunur ki, hüquqi şəxslər tərəfindən idxal olunan avtomobillər üçün SOS düyməsinin quraşdırılması tələbi artıq uzun müddətdir məcburidir.//Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki