İki piyadanı maşın vurdu, vəziyyətləri ağırdır

Gəncədə iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Referans Media “Qafqazinfo”ya istinadla xəbər verir ki, Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Ləman Hüseynova və Gədəbəy rayon sakini 1979-cu il təvəllüdlü Ruhiyyə Məmmədovanı maşın vurub.

Xəsarət alan şəxslər Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onlar ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki