İstanbul Beylikdüzü Bələdiyyəsi və Əkrəm İmamoğlunun da ortaq olduğu "İmamoğlu İnşaat" şirkəti ilə bağlı keçirilən əməliyyat zamanı şübhəlilər saxlanılıb.
Referans Media “Haber 7”yə istinadən xəbər verir ki, istintaq zamanı eyni şirkətin həyata keçirdiyi 4 tikinti layihəsində şəhərsalma qanunvericiliyinə zidd dəyişikliklərin edildiyi müəyyən olunub.
Layihələrdə uyğunsuzluqlar aşkarlansa da, Beylikdüzü Bələdiyyəsi tərəfindən həmin tikililər üçün istifadəyə icazə sənədi verilib.
İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə İstanbul, Bursa və Giresunda keçirilən əməliyyatlarda bələdiyyə, tikinti və tikintiyə nəzarət şirkətlərinin əməkdaşları da daxil olmaqla 27 nəfər saxlanılıb.
