İnanılmaz dəhşət! Gözünü qırpmadan 3 nəfəri öldürdü

Mersində əqli qüsurlu olduğu iddia edilən şəxs əvvəlcə eyni binada yaşayan ana və oğlunu öldürüb, sonra taksi ilə gəldiyi spirtli içki mağazasının sahibini onlara pulsuz spirtli içki verməkdən imtina etdiyi üçün öldürüb. Qaçan şübhəli polis tərəfindən cinayətin silahı ilə birgə tutulub.

Referans Media xəbər verir ki, Türkiyədə şok cinayət hadisəsi baş verib. 25 yaşlı şəxs əvvəlcə qonşularını öldürüb. Qətldən sonra şübhəli binadan çıxıb və taksi ilə içki mağazasına gedib. Mağazaya girən şübhəli pul ödəmədən spirtli içki almağa çalışıb. Bu zaman şübhəli silahını çıxararaq içki mağazasının müdiri Əhməd Turqutu vurub. Daha sonra şübhəli taksi sürücüsünə atəş açaraq qaçıb. Taksi sürücüsü xəsarət almayıb, lakin mağaza sahibi qanaxma keçirib. Əhməd Turqutun hadisə yerində öldüyü müəyyən edilib. Polis ərazidə genişmiqyaslı axtarışlara başlayıb. Polis ərazini mühasirəyə alıb və piyada qaçan şübhəli M.T.-ni hadisə zamanı istifadə etdiyi silahla birlikdə saxlayıb.

Hadisə yerində aparılan araşdırmalardan sonra ölənlərin cəsədi xəstəxana morquna aparılıb. Dünyasını dəyişənlərin yaxınları huşunu itirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki