ABŞ və İsrailin İran əməliyyatları davam edərkən, Cənubi Kipr ərazisindəki Akrotiri İngilis Dominant Bazası şübhəli pilotsuz uçuş aparatı hücumuna məruz qalıb. İngiltərə və Cənubi Kipr Rum Administrasiyası rəsmiləri hücuma cavab verildiyini açıqlayıb.
İngiltərə Müdafiə Nazirliyi bildirir ki, Akrotiri bazası PUA hücumunun hədəfi olub və bölgədəki qüvvələr ən yüksək xəbərdarlıq vəziyyətinə gətirilib. Bazadakı şəxsi heyətin müdafiəsi üçün dərhal cavab tədbirləri görülüb.
Cənubi Kipr Hökumət sözçüsü Konstantinos Letymbiotis PUA səbəbiylə yaranan zərərin məhdud olduğunu və Milli Təhlükəsizlik Şurasının daim bazanın idarəsi ilə əlaqədə olduğunu qeyd edib.
Referans Media xəbər verir ki, Hadisə zamanı bazada yerləşən bir neçə qırıcı təyyarə dərhal havaya qalxıb. Bazadakı partlayış səsləri gecə saatlarında eşidilib.
İran və ABŞ-İsrail arasındakı qarşılıqlı əməliyyatlar bölgədə gərginliyi artırır. İran, ABŞ-ın və İsrailin bazalarına, o cümlədən Qatar, BƏƏ və Bəhreyndəki obyektlərə hücumlar həyata keçirib.
Son əməliyyatlarda Ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli rəsmi şəxs öldürülüb. İran Qızıl Aypara Cəmiyyəti isə bombardmanlarda 201 nəfərin həlak olduğunu, 747 nəfərin yaralandığını açıqlayıb.
Bölgədəki hərbi və təhlükəsizlik vəziyyəti hələ də yüksək gərginlikdə qalır və Cənubi Kipr Rum Administrasiyası ərazisindəki beynəlxalq hərbi bazalar xəbərdarlıqda saxlanılır.























