“Bir mafiya ailəsini ələ verən şey nə bir xəbərçi, nə də dinləmə cihazıdır. Bu, siqaret fasilələridir”.
Referans MEDİA xəbər verir ki, bunu türkiyəli bloger Cüneyt Baycan deyib.
Onun sözlərinə görə, FTB (Federal Təhqiqat Bürosu) illərlə bu insanları çözməyə çalışır:
“Telefonlarını dinləyir, restoranlara gizli cihazlar yerləşdirir, amma heç bir ipucu tapa bilmir. Sonra diqqətlərini çəkən bir detal olur: Ən vacib söhbətlər həmişə çöldə, siqaret fasilələri zamanı edilir. İnsanlar çölə çıxır, özlərini sərbəst hiss edir və danışmağa başlayırlar. FTB da buna görə dodaq oxuyan mütəxəssislər gətirir. Beləcə, adamların dediklərini səslərindən yox, dodaq hərəkətlərindən anlayırlar.
FTB bununla təkcə bir mafiya ailəsini çözmədi, həm də insan psixologiyasının daha bir sirrini üzə çıxardı”./Globalinfo.az/
