“İnstagram”da yeni təhlükə: Sizi izləyə bilərlərbackend

“İnstagram”da yeni təhlükə: Sizi izləyə bilərlər

  “İnstagram” sosial şəbəkəsində yeni təhlükə barədə xəbərdarlıq edilib. 

Referans  bildirir ki, şəbəkənin yeni funksiyası olan “Dost Xəritəsi” istifadəçilərin real vaxtda olduğu yerin məlumatlarını paylaşmasına imkan yaradır.

Lakin bu xüsusiyyət bir çox tənqidlərə səbəb olub. Sosial mediada sözügedən funksiyanın pis niyyətli şəxslərin əlinə keçdiyi təqdirdə təhlükəli bir alətə çevrilə biləcəyi vurğulanır. Çünki istifadəçinin hansı saatda harada olduğu bununla analiz edilə bilər. Mütəxəssislər, yeni funksiyanın təcili şəkildə deaktiv edilməli olduğunu bildirirlər.

 
Qeyd edilib ki, bu yeni funksiya, ilk baxışda sosial əlaqələri gücləndirmək üçün faydalı kimi görünsə də, əslində məxfilik problemləri yaradır. Xüsusilə istifadəçilər bu funksiyanı dostları ilə paylaşmaq məqsədi ilə aktiv etsələr də, sonradan unutmaq və ya kimlərlə paylaşdıqlarını bilməmək riski var./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki