Pakistanın Baş naziri Şahbaz Şərif ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı zamanı Tehran bu müzakirələrə qatılacağını rəsmən bəyan edib.
İran tərəfi Pakistanın ABŞ-la əldə olunan müvəqqəti atəşkəsə verdiyi töhfəni yüksək qiymətləndirib. Şərif isə İranın həm atəşkəsi qəbul etməsini, həm də danışıqlara razılıq verməsini müsbət addım kimi dəyərləndirib.
Qeyd edək ki, Donald Trump ABŞ və İran arasında Hürmüz boğazının açılması şərti ilə iki həftəlik atəşkəsə razı olduqlarını açıqlayıb. Tərəflər arasında yekun danışıqların İslamabadda 15 gün ərzində başa çatdırılması planlaşdırılır.























