İranın Ali rəhbərinin Hindistandakı nümayəndəsi Abdul Məcid Hakim Elahi bildirib ki, ölkəsi lazım gələrsə, ABŞ-la qarşıdurmada bir neçə il ərzində özünü müdafiə etməyə hazırdır.
Referans Media xəbər verir ki, onun sözlərinə görə, Tehran müharibəni özü başlamayıb: “Bildiyiniz kimi, bu müharibəni biz başlamamışıq. Onlar (ABŞ) bunu bizə sırıdılar və biz özümüzü müdafiə etməyə başladıq. Hələ də iki, üç, hətta beş il belə müdafiəyə hazırıq”, – deyə o vurğulayıb.
Elahi əlavə edib ki, İran öz ləyaqətindən geri çəkilməyəcək və hüquqlarını qarşı tərəfə verməyəcək.
