İran raketi Qüds yaxınlığındakı Beyt Şemeş yaşayış məhəlləsinə düşüb.
Referans Media xəbər verir ki, İsrail mətbuatı hadisə nəticəsində yaralananların olduğunu bildirir.
Bəhreyndə ABŞ səfirliyi personalın təhlükəsizliyini təmin etmək üçün köçürülmə qərarı verib. Bu qərar, Manamada yerləşən “Crowne Plaza” hotelinə endirilən raket zərbəsindən sonra qəbul olunub.
İran Silahlı Qüvvələri dövlət televiziyasının məlumatına görə, İsrailə yeni raket dalğası atıb.
İsrail portalı “Ynet” bildirir ki, 28 fevralda İrandan atılan raket nəticəsində ölkənin mərkəzində təxminən 40 bina zədələnib.
Bundan əlavə, 29 binada isə struktur baxımından ciddi zərər qeydə alınmayıb.
Bəhreyn Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd olunur ki, Manamadakı “Crowne Plaza” hoteli hədəfə alınıb və maddi ziyan dəyib. Nazirlik vurğulayıb ki, hotelə edilən hücum nəticəsində insan tələfatı olmayıb.
Qətərdə İranın hava zərbələri nəticəsində yaralananların sayı 16-ya çatıb və maddi ziyan qeydə alınıb. Qətər Daxili İşlər Nazirliyi sakinləri “evdə qalmağa və yalnız zəruri hallarda küçəyə çıxmağa” çağırıb.
Bundan əlavə, Böyük Britaniyanın hərbçiləri İraqda yerləşən hərbi baza üzərində İrana aid pilotsuz uçan aparatını vurublar.
“Sky News” kanalının məlumatına görə, 28 fevralda dron qərb koalisiyası qüvvələrinin bazasına təhlükə yaratdığı üçün xüsusi dron əleyhinə bölmə tərəfindən məhv edilib./Musavat.com/























