image-bmt01backend

İran məsələsi BMT-ni ayağa qaldırdı: təcili toplantının pərdəarxası üzə çıxdı

ABŞ-ın təşəbbüsü ilə Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının İranla bağlı təcili iclası baş tutub.

Referans Media  xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

İclasda çıxış edən BMT nümayəndələri ölkədə genişmiqyaslı zorakılıq, internetin tamamilə kəsilməsi və məcburi etiraflar barədə məlumatlardan ciddi narahatlıq ifadə ediblər:

“BMT baş katibinin köməkçisi Marta Pobi vurğulayıb ki, İran hakimiyyəti vətəndaşların dinc etiraz hüququnu təmin etməli və ölüm hökmünün tətbiqini dayandırmalıdır. ABŞ nümayəndə heyəti bildirib ki, beynəlxalq təzyiqlər nəticəsində İran təxminən 800 ölüm hökmünün icrasını müvəqqəti dayandırıb, lakin repressiyalar davam edərsə, əlavə tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edib”, – deyə nəşr yazıb.

İran nümayəndə heyəti isə ittihamları rədd edərək baş verənləri “xarici müdaxilə” kimi qiymətləndirib:

“Rusiya və Çin tərəfləri təhlükəli eskalasiyadan çəkinməyə, güc tətbiqi hədələrinə yol verilməməsinə çağıraraq suverenliyə və beynəlxalq hüquqa hörmətin vacibliyini vurğulayıblar. Böyük Britaniya və Fransa isə İran hakimiyyətinin addımlarını kəskin şəkildə pisləyib və əlavə sanksiyaların nəzərdən keçirilə biləcəyini açıqlayıb”.

Qeyd edək ki, HRANA təşkilatının məlumatına görə, indiyədək azı 2 677 nəfər həlak olub,  saxlanılanların sayı 19 000-i ötüb. Təxminən 1 700 hal isə araşdırılır./globalinfo


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki