İran MN: “Yalnız bu gəmilər Hörmüzdən keçə bilər”

“Hörmüz Boğazı yalnız atəşkəs çərçivəsində, müəyyən gəmilər üçün məhdudiyyətlər olmaqla açıqdır”.

Referans Media Bizim.Medi-ya  istinadla xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinin sözçüsü Rza Talaei-Nik bildirib.

“Hərbi və düşmən qüvvələrlə əlaqəli gəmilərin Hörmüzdən keçidi qadağandır”, – deyə nazirlik rəsmisi bildirib.

O əlavə edib ki, mövcud vəziyyət müvəqqətidir və Livanda Hizbullaha təzyiq güclənərsə, dəyişə bilər.

Xatırladaq ki, aprelin 17-də ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının açıq elan edildiyini bildirib və buna görə İran rəhbərliyinə təşəkkür edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki