ABŞ Konqresinin yuxarı palatası İrana qarşı müharibəyə son qoymağa məcbur edəcək qətnaməni bir daha rədd edib.
Referans Media xəbər verir ki, səsvermə “C-SPAN” kanalında yayımlanıb.
Belə ki, 49 senator qətnamənin lehinə, 50-si isə əleyhinə səs verdi.
Maraqlıdır ki, hakim Respublikaçılar Partiyasının üç üzvü qətnamənin tərəfdarları arasında olub. Qətnaməyə qarşı səs verən yeganə demokrat Pensilvaniya ştatından Con Fetterman olub./Globalinfo.az
