Xəbər verdiyimiz kimi, İran və İsrail gərginliyi davam edir. Bu fonda hər kəsi təşvişə salan İranın
nüvə silahından istifadə etmə ehtimalıdır.
İran İsrailə qarşı nüvə silahından istifadə edərsə, bunun nəticəsi nə olacaq? Təxminən
hansı ərazilər zərər görəcək?
Hərbi
ekspert Səxavət Məmməd Referans-a açıqlamasında bu sualları cavablandırıb.
“Hazırda
müharibənin gedişi ilə bərabər həm də informasiya savaşının şahidi oluruq. İran
dəfələrlə bildirib ki, onların nüvə silahı yoxdur, nüvəni yalnız dinc məqsədlər
üçün istifadə edirlər. Hətta MAQATE belə açıqlama verdi ki, İranın nüvə silahı
yoxdur və nüvə silahının olma ehtimalı da hələ ki yoxdur. Amma çox maraqlıdır
ki, İsrail və ABŞ tərəfi bildirir ki, İranın nüvə silahı əldə edə bilər. Mən də
hesab edirəm ki, İranın nüvə silahı mövcud deyil və o, mövcud olmayan bir şeydən
təbii ki, istifadə də edə bilməyəcək”.
Ekspert
bildirib ki, münaqişə tərəfləri olan İran və İsrail bir-birlərini tükədənədək
bu müharibə davam edəcək.
“Hesab
edirəm ki, indiki mərhələdə proses sanki dalana dirənib. Çünki Amerika bu
prosesə qoşula bilmir. İsrail düşünürdü ki, Amerika dərhal prosesə qoşulacaq. Bundan
əlavə Amerika prosesə qoşularsa, Böyük Britaniyanın da qoşulma ehtimalı yüksəkdir.
Amma görünən odur ki, hələ kənar qalmağı seçirlər. İsraillə İran bir birini tükətməyə
çalışacaqlar. Bu müharibənin başlaması müəyyən məqsədlər daşıyırdı lakin bu məqsədlərə
hələ çatılmayıb”.
Səxavət
Məmməd son olaraq qeyd edib ki, ABŞ və Böyük Britaniyanın bu müharibəyə
qoşulması böyük və dünyanı əhatə edəcək bir müharibəyə gətirib çıxara bilər.
Fidan
Vəlisoy