image-iran-dan-kiyamet-senaryosu-tarihin-en-buyuk-19644910_8391_ampbackend

İran “qiyamət ssenarisi”ni AÇIQLADI: Tarixin ən böyük neft böhranı gözlənir

İran Xarici İşlər Naziri Abbas Əraqçi, Hörmüz Boğazı ilə bağlı yayımladığı məlumatlarla dünya iqtisadiyyatı üçün ciddi xəbərdarlıq edib.

Referans Media xəbər verir ki, Abbas Əraqçi, ABŞ-ın bazarları manipulyasiya etmək üçün saxta məlumatlar yaydığını iddia edərək, Boğazdakı mövcud enerji blokadasının tarixdəki ən böyük üç neft şokunun nəticələrindən də ağır ola biləcəyini bildirib.

Əraqçinin paylaşdığı məlumatlara görə, 2026-cı il üzrə Hörmüz Boğazındakı tıxanma nəticəsində gündəlik 20 milyon barelik neft itkisi baş verəcək. Bu göstərici, Rusiyanın Ukrayna ilə müharibəsi zamanı yaşanan itkilərin təxminən 10 qatına bərabərdir.

Abbas Əraqçi bu vəziyyəti əvvəlki böyük neft böhranları ilə müqayisə edib:

1973-cü il ərəb neft embarqosu: Günlük 4.4 milyon barel itki
1979-cu il İran İslam İnqilabı: Günlük 5.6 milyon barel itki
1990-cı il Küveytin işğalı: Günlük 4.3 milyon barel itki

Əraqçi vurğulayıb ki, bu günkü tıxanmanın təsiri həmin üç böhranın cəmindən də böyükdür və dünya iqtisadiyyatına ciddi silkələnməyə səbəb olacaq.

İran İnqilabı Keşikçiləri Dəniz Piyadaları Korpusunun komandanı Əlirza Tengsiri, “İrana hücum edənlərlə əlaqəli heç bir gəminin Hörmüz Boğazından keçməyə haqqı yoxdur. Şübhəniz varsa, yaxınlaşın və sınasın” deyərək xəbərdarlıq edib.

ABŞ Prezidenti Donald Tramp isə İranın Hörmüz Boğazındakı neft axınını dayandırması halında daha sərt hərbi qarşılıq veriləcəyini açıqlayıb: “Əgər İran, Hörmüz Boğazındakı neft axışını dayandıracaq hər hansı bir addım atarsa, ABŞ tərəfindən indiyə qədər gördüklərindən 20 qat daha sərt cavab veriləcək.”

Ekspertlər bildirirlər ki, Hörmüz Boğazındakı bu btıxanma yalnız yanacaq qiymətlərinə deyil, həmçinin qida və logistika sahələrinə də ciddi təsir göstərəcək və dünya üzrə genişmiqyaslı inflyasiya dalğası yarada bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki