image-beqayi-0backend

İran rəsmisindən ABŞ-a ittiham: konkret sənədə işarə etdi

“ABŞ-ın İranın limanlarını və ya sahillərini blokadaya alması atəşkəs razılaşmasının pozulmasıdır və qeyri-qanuni addımdır”.

Referans Media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

Onun fikrincə, bu cür addım yalnız Pakistan vasitəçiliyi ilə əldə olunan atəşkəsin pozulması deyil, həm də beynəlxalq hüquqa ziddir və cinayət xarakteri daşıyır.

İ.Bəqayi qeyd edib ki, bu hərəkət BMT Nizamnaməsinin 2(4)-cü maddəsini pozur:

“BMT Baş Assambleyasının 3314 (1974) saylı qətnaməsinin 3(c) bəndinə əsasən “təcavüz aktı” kimi qiymətləndirilir. Qətnamədə limanların və sahillərin blokadası açıq şəkildə belə aktlar sırasında göstərilir”.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki