İran Bəhreyn və Səudiyyə Ərəbistanını birləşdirən Kral Fəhd körpüsünə zərbələr endirib.
Referans Media xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Kral Fəhd körpüsü Səudiyyə Ərəbistanının Əl-Xubar şəhərini Bəhreynlə birləşdirir.
Qeyd edək ki, fevralın 28-də İsrail və ABŞ İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.
İran ABŞ-ın Yaxın Şərqdəki bazalarına və İsrailə cavab zərbələri endirir.























