İran təcili nüvə silahı hazırlamağa başladı - İsrail TƏŞVİŞDƏ

İsrail mediası, xüsusilə “12-ci Kanal”, ABŞ və İran arasında imzalanması gözlənilən memorandumda nəzərdə tutulan 60 günlük danışıqlar müddəti ilə bağlı ciddi narahatlığını ifadə edib.

Referans Media xəbər verir ki, məlumata görə, bu müddət ərzində İran iqtisadi və neft sanksiyalarının yumşaldılmasına, həmçinin Hörmüz boğazında hərəkətin bərpasına nail olmağa çalışır. İsrail kəşfiyyatının qiymətləndirməsinə əsasən, İranın ali rəhbəri Müctəba Xamenei yekun razılaşmaya gəlməkdə maraqlı deyil və danışıqlar prosesini mümkün qədər uzatmağı planlaşdırır.

 
İsrail təhlükəsizlik dairələrində hesab olunur ki, Tehran dialoq prosesindən vaxt qazanmaq üçün istifadə edir.
Məsələni daha da mürəkkəbləşdirən amillərdən biri Vaşinqton və Təl-Əviv arasında etimad böhranıdır. İsrail rəsmilərinin sözlərinə görə, ABŞ administrasiyası İsrailin memorandumun detalları barədə məlumatları ictimailəşdirərək yekun sazişin imzalanmasına mane ola biləcəyindən ehtiyat edir.

Xatırladaq ki, ABŞ və İran arasında əldə olunan ilkin memorandum 60 günlük danışıqlar mərhələsini nəzərdə tutur. Bu müddətdə tərəflər İranın nüvə proqramı, sanksiyaların taleyi və regional təhlükəsizlik məsələləri üzrə yekun razılaşmaya nail olmağa çalışacaqlar.konkret.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki