İran və ABŞ razılığa yaxındır – Hakan Fidan

İran və ABŞ arasında razılaşmanın əldə olunması heç vaxt olmadığı qədər yaxındır.

Referans Media xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaponiyanın "Nikkei Asia" qəzetinə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, İran, ABŞ və İsrail arasında atəşkəs qüvvəyə mindikdən sonra danışıqlarda əsas diqqət Hörmüz boğazı ətrafındakı vəziyyətə yönəldilib.

"Hörmüz boğazının faktiki blokadası həm ABŞ-a, həm də İrana çox güclü təzyiq göstərir", - deyə Türkiyə XİN rəhbəri vurğulayıb.

Fidan qeyd edib ki, Yaxın Şərqdəki münaqişənin fəsadları təkcə enerji təhlükəsizliyinə deyil, həm də qlobal qiymətlərə, ərzaq təhlükəsizliyinə və iqtisadi artıma təsir edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki