İran xəbərləri Trampı özündən çıxardı, jurnalistləri həbslə hədələdi

ABŞ Prezidenti Donald Tramp Amerika ordusunda sursat çatışmazlığı ilə bağlı xəbərləri yayan jurnalistləri uzunmüddətli həbs cəzası ilə hədələyib.

Referans Media xəbər verir ki, Ağ Ev rəhbəri ABŞ ordusunun İranla münaqişə fonunda raket qıtlığı ilə üzləşdiyinə dair məlumatları qətiyyətlə təkzib edib. Daha əvvəl “The Washington Post” və CNN ABŞ ordusunda sursat çatışmazlığının İrana qarşı növbəti hücumların qarşısını aldığı barədə məlumat yayıb.

Tramp bu iddiaları “saxta xəbərlər” adlandıraraq bildirib ki, ABŞ ordusunun kifayət qədər böyük sursat ehtiyatı var. O, həqiqətə uyğun olmayan məlumat yayan jurnalistlərin uzunmüddətli həbs cəzası ilə üzləşə biləcəyini deyib.

Bu arada Pakistan Vaşinqton və Tehran arasında yeni danışıqların başlanacağına ümid edir. AFP agentliyinin məlumatına görə, İran və Oman arasında Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinə dair əldə olunan yeni razılaşma dalana dirənən danışıqlara təkan verə bilər.

Bildirilir ki, Pakistanın Baş naziri Şahbaz Şərif və ordu qərargahının rəisi Asim Münir əlavə məsləhətləşmələr aparmaq üçün Səudiyyə Ərəbistanına səfər ediblər..Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki