Bu gecə Gəncə şəhərində 43 yaşlı Azər Yusifovun ölümü və daha üç nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi davanın bəzi təfərrüatları bilinib.
Dava şəhərdəki "Günəş" restoranında baş verib. Tanışlar restoranda yeyib-içdikdən sonra mübahisə ediblər.
A.Yusifov mübahisə edən şəxsləri ayırmaq istəyərkən bıçaqlanıb. O, hadisə yerində vəfat edib.
Dava zamanı daha üç nəfər - 1995-ci il təvəllüdlü Rahib Bayramlı, 1998-ci il təvəllüdlü Tural İlyasov və Azamat Peşerskiy bıçaqlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 20 yaşlı Mirad Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.|Teleqraf

