Yaxın Şərqdən Çinə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünün dayandırılması təhlükəsi Çinin Rusiya ilə “Sibirin Gücü 2” (PS2) layihəsinin həyata keçirilməsi ilə bağlı danışıqlara marağını yenidən artırıb.
Referans xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Asiya ölkəsi hökumətində qərar qəbul etmə prosesinə yaxın mənbələrə istinadən yazıb.
Qəzetin mənbələri qeyd edir ki, Çin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərdən LNG tədarükündən çox asılıdır. Çinə bu növ yanacağın tədarükünün üçdə birinə qədəri bu ölkələrin payına düşür. LNG tankerləri Hörmüz boğazından keçir ki, İran hakimiyyəti ABŞ və İsrailin raket zərbələri zamanı boğazı bağlamaqla hədələmişdi.
Bu fonda Çin LNG və neft idxal strukturunu şaxələndirməyə can atır, həmçinin İran xammalından hədsiz asılılıqdan qurtulmağa çalışır – bütün İran neft ixracının 90%-ə qədəri Çinə gedir.
Çin gələcəkdə də İrana qarşı hücumların ola biləcəyindən ehtiyatlanır ki, bu da ölkəni neft idxalı məsələsində çəin vəziyyətə sala bilər.
Amerika qəzetinin mənbələri izah edir. SS-2 layihəsinin reallaşdırılması ilə bağlı Rusiyanın “Qazprom” enerji holdinqi ilə aktiv danışıqların bərpası Çin tərəfinə ən optimal variantlardan biri kimi görünür.