İran Türkiyəyə üçüncü dəfə raket atıb.
Referans Media xəbər verir ki, bu barədə “Cumhuriyet” qəzeti məlumat yayıb.
Məlumata görə, bu səhər Adanada yerləşən İncirlik hava bazasına yönəlmiş üçüncü İran raketi hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Raket Türkiyə hava məkanına yaxınlaşarkən gecə saatlarında Adananın bir çox bölgəsində hava hücumu sirenləri səslənib.
Təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, sosial şəbəkələrdə yayılan görüntülərdə raketin qalıqlarının yanması əks olunub və hər hansı ciddi dağıntı qeydə alınmayıb.
Hadisə ilə bağlı rəsmi açıqlama gözlənilir.























