“İkinci vətəndaşımızın tezliklə azad edilməsi üzərində işləyirik”, – deyə o, yerli televiziyanın efirində qeyd edib. T.Moteqi əlavə edib ki, Yaponiya vətəndaşı hazırda Azərbaycandadır və tezliklə vətənə qayıdacaq.
Xarici İşlər Nazirliyinin məlumatına görə, o, 2025-ci ilin yayında saxlanılıb, lakin ona qarşı hansı ittihamların irəli sürüldüyü bildirilmir.
Yerli KİV-in məlumatına görə, İranda saxlanılan digər Yaponiya vətəndaşı Yaponiya İctimai Televiziyasının (NHK) Tehrandakı bürosunun rəhbəridir. O, yanvarın 20-də saxlanılıb və saxlanılma səbəbləri barədə məlumat verilməyib.
