image-sepahbackend

İranda hərbi parad ləğv edildi

Ordu Günü ilə bağlı aprelin 18-də keçirilməsi planlaşdırılan ənənəvi hərbi parad ləğv edilib.

Referans Media  xəbər verir ki, bunu İran ordusunun sözçüsü Məhəmməd Əkrəminiya deyib.
“Bu, mövcud atəşkəsin müharibə şəraitindən çox da fərqlənmədiyinə görə qərara alınıb”, – o bildirib.
Əkrəminiya vurğulayıb ki, bu il parad əvəzinə kazarmalarda mədəni proqramlar keçiriləcək.

Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb. 8 apreldə isə ABŞ və İran arasında 2 həftəlik atəşkəs qüvvəyə minib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki